Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Gürcüstanda əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edildi

04.07.2020 15:36

Gürcüstan hökuməti pandemiya dövründə ölkəyə gələcək əcnəbi iş adamları üçün yeni qaydalar müəyyən edib. Yeni qaydalara əsasən Gürcüstana səfər edəcək xarici iş adamları karantinə cəlb olunacaq və ya koronavirusla bağlı testdən keçəcəklər. Amma karantin və testlər ödənişli olacaq.

XəzərXəbərAZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava "İmedi" televiziya kanalına müsahibəsində söyləyib.

N.Turnava bildirib ki, bu xidmətlərə görə məbləğ çox böyük olmayacaq. "Bu qaydalar vətəndaşların sağlamlığını qorumaq və investorlarla kommunikasiyanın pozulmaması məqsədilə tətbiq ediləcək" - deyə, N.Turnava vurğulayıb.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR