Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

"Air France" 7 mindən çox işçini ixtisar edəcək

04.07.2020 15:24

Fransanın "Air France" aviaşirkəti koronavirus pandemiyasının səbəb olduğu böhranla əlaqədar 7,5 mindən çox əməkdaşı ixtisar etməyi planlaşdırır.

Trend-in məlumatına görə, son 3 ay ərzində şirkətin gəlirləri 95 faiz azalıb. Pandemiyanın ən qızğın dövründə aviaşirkətin gündəlik itkiləri 15 milyon dollara bərabər olub.

Qeyd olunur ki, ixtisar olunacaq işçilərin sayı 7 580 nəfər olacaq. Onlardan 1 020 nəfər "Air France" qrupunda daxil olan "Hop!" regional aviaşirkətinin əməkdaşlarıdır.

Hazırda "Air France"ın 41 min əməkdaşı var.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR