Hindistanda koronavirusa yoluxma rekord qırdı

04.07.2020 12:37

Hindistanda son sutka ərzində 22 min 771 nəfər koronavirusa yoluxub.

Bununla da ölkədə virusa yoluxanların sayı 648 min 315-ə çatıb.

Beləliklə, ölkədə pandemiya yayılandan bəri rekord rəqəm qeydə alınıb.

Son sutka ərzində ölənlərin sayı 442 nəfər artaraq 18 min 655 nəfərə çatıb.

Hazırda Hindistanda 235 min 433 nəfərin müalicəsi davam edir. Bu günədək 394 min 227 nəfər xəstəlikdən sağalıb.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR