İstanbulda Camal Qaşıqçının qətli ilə bağlı məhkəmə başlayır

02.07.2020 17:38

Jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, cinayət işi baxılması üçün İstanbul 11-ci Ağır Cəza Məhkəməsinə göndərilib.


Cinayət işi üzrə məhkəmə hazırlıq iclası sabaha təyin olunub.

Qeyd edək ki, iş üzrə 20 nəfər Səudiyyə Ərəbistanı vətəndaşı barəsində təqsirləndirilən şəxs qismində ittiham irəli sürülüb. C. Qaşıqçının işgəncə ilə öldürülməsində ittiham olunan şəxslərin ömürlük azadlıqdan məhrum edilməsi istənilir.


Xatırladaq ki, Səudiyyə Ərəbistan əsilli, amerikalı jurnalist C. Qaşıqçı 2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib.

© xezerxeber.az

FOTOQALERIYA






352 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR