Çarəsi tapıldı: Koronavirusu məhv etdilər – Dünyanı xilas edən üsul

01.07.2020 08:47

İsveçin və Cənubi Afrika Respublikasının elm adamları koronavirusun ikinci dalğasının qarşısının alınması üçün əhəmiyyətli araşdırma aparıblar.

 
XəzərXəbər xəbər verir ki, elm adamları Alpakalarda formalaşan antikorlar vasitəsilə yeni növ koronavirusu məhv etməyə nail olublar. Məlumata görə, antikorlar COVID-19-u təsirli şəkildə məhv edib. Alimlər hesab edir ki, bu nəticə koronavirusa qarşı peyvəndin hazırlanmasında önəmli rol oynaya bilər.
 
Qeyd edək ki, Alpaka dəvə növüdür. Antikorlar isə Alpakanın o cümlədən digər çoxhüceyrəli heyvanların ummunitet sistemi tərəfindən yad quruluşlarla mübarizə aparmaq üçün ərsəyə gətirilən molekullardır.
 
redaktor.az

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR