Koronavirusdan ölənlərin sayı yarım milyonu keçdi

01.07.2020 09:24

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 163 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyunun 30-u saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 163 865 nəfər koronavirusa yoluxub, 3 946 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 10 185 374, ölənlərin isə 503 862 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR