Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

ABŞ Suriya xalqına 696 mln. dollar humanitar yardım ayırıb

30.06.2020 16:35

ABŞ Suriya xalqına 696 milyon dollar humanitar yardım ayırıb.

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Avropa İttifaqının təşkil etdiyi "Suriyanın və regionun gələcəyinin dəstəklənməsi” adlı IV Brüssel konfransında bildirib.

"Əsəd rejimi, Rusiya və İran qüvvələrinin yaratdığı böhrana cavab olaraq, Suriya xalqına əlavə 696 milyon dollardan çox humanitar yardım ayırırıq”, - deyə xüsusi nümayəndə vurğulayıb.

Qeyd edək ki, bununla da böhranın başlamasından bəri ABŞ-ın Suriya xalqına ayırdığı ümumi humanitar yardımın məbləği 11,3 milyard dollara çatıb.

© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR