İyulun 1-dən Özbəkistanda karantin rejimi gücləndirilir

30.06.2020 16:05

İyulun 1-dən Özbəkistanda karantin rejimi gücləndirilir. Buna səbəb son günlər ölkədə COVID-19-a yoluxanların sayının kəskin şəkildə artmasıdır.

Özbəkistanın koronavirusla bağlı Xüsusi Respublika Komissiyası xəbər yayıb ki, qırmızı və sarı regionlardakı ictimai yerlərdə səhər saat 07.00-dan axşam saat 23.00-dək 3 nəfərdən artıq adamın bir yerə yığışması qadağan edilir. Saat 23.00-dan səhər saat 07.00-dək küçəyə, çoxmərtəbəli binaların həyətlərinə çıxmaq da qadağandır. Bu müddətdə ancaq hamilə qadınları və ağır xəstələri xəstəxanalara aparmağa və çox vacib olduqda aptekə getməyə icazə verilir. Şənbə və bazar günləri qırmızı və sarı zonalarda ictimai nəqliyyatın hərəkəti məhdudlaşacaq. Ölkədəki bütün bazarlar, ticarət mərkəzləri şənbə və bazar günləri sanitar-dezinfeksiya işlərinin aparılması üçün bağlanacaq.

Qeyd edək ki, son sutka ərzində Özbəkistanda 267 nəfər virusa yoluxub və xəstələrin ümumi sayı 8298-ə çatıb. Pandemiya dövründə bu virusdan 24 nəfər ölüb.

© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR