Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Gürcüstanda seçki sistemi dəyişdi

30.06.2020 10:04

Gürcüstan parlamentinin 2020-ci ildә keçirilən növbədənkənar sessiyasında ölkə Konstitusiyasına təklif olunan dəyişikliklər qəbul olunub.

İclas parlament sәdri Arçil Talakvadzenin rәhbәrliyindә keçirilib. Mәlumatda qeyd olunub ki, 3 deputat qanun layihәsinin әleyhinә, 117 deputat isә lehinә sәs verib.

Səsvermədə müxalif "Vahid Milli Birlik Hərəkatı” və "Avropalı Gürcüstan” partiyalarından olan deputatlar iştirak etməyiblər.

Qeyd edək ki, Konstitusiyaya təklif olunan dəyişikliklər parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsi ilə bağlıdır. Qanunverici orqana 120 deputat proporsional, 30 nəfər isə majoritar sistem üzrə seçiləcək.

Bundan başqa, siyasi partiyalar üçün seçki baryeri 5 faizdən 1 faizədək azaldılır.

Daha bir yenilik isə ondan ibarətdir ki, proporsional sistem üzrə seçicilərin 40,54 faizinin səsini toplaya bilməyəcək partiya parlamentdə birpartiyalı çoxluq yarada bilməyəcək./Publika.az

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR