Koronavirusa yoluxanların sayı 10 milyonu keçdi - ÜST

30.06.2020 09:40

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 178 mindən çox artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyunun 29-u saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 178 328 nəfər koronavirusa yoluxub, 4 153 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 10 021 401, ölənlərin isə 499 913 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır./Publika.az

© xezerxeber.az


103 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR