Çində yanacağın qiyməti bahalaşıb

29.06.2020 22:26

Dünyanın ikinci ən böyük neft məhsulları istehlakçısı olan Çində bu il ilk dəfə benzinlə dizel yanacağının topdan və pərakəndə satış qiymətləri bahalaşıb.

Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, iyunun 29-dan benzin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 120 yuan (17 ABŞ dolları) və 110 yuan (15,5 dollar) artırılıb. Bahalaşmaya səbəb dünya bazarında xam neftin qiymətinin artmasıdır.

Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib.

Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə dəyişərsə və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada endirir və ya artırır.

© xezerxeber.az


232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR