Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Misir Prezidenti Liviyada sülh planını açıqlayıb

07.06.2020 09:49

Misir Prezidenti Əbdülfəttah Əl-Sisi iyunun 8-dən etibarən, Liviyada atəşkəs elan edilməsi və sülhə nail olunması üzrə planını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, sözügedən planın detalları Liviya Parlamentinin spikeri Aqela Saleh və Liviya Milli Ordusunun komandanı Xəlifə Həftarın iştirakı ilə Qahirədə keçirilən mətbuat konfransında elan edilib.

"Qahirə təşəbbüsü” adlanan plana əsasən, Liviyada böhran sülh yolu ilə həll edilməlidir. Misir Prezidenti bildirib ki, atəşkəs elan edildikdən sonra Liviyadakı bütün əcnəbi muzdlu əsgərlər bu ölkəni tərk etməlidir. "Liviyada sülh Misirin təhlükəsizliyi deməkdir”, deyən Prezident əlavə edib ki, münaqişənin nizama salınması üzrə Cenevrədə keçirilən "5+5” formatında komissiya öz işini yekunlaşdırmalıdır.

Misir Prezidentinin sülh planında Liviyanın üç regionunun hakimiyyətdə təmsil olunması, BMT-nin himayəsi ilə Prezident Şurasına seçkilərin keçirilməsi, regionlara parlamentdə bərabərhüquqlu imkanlar verilməsi, on səkkiz ay müddətində keçid dövrünün elan edilməsi, ölkədə vahid iqtisadi sistemin və maliyyə strukturlarının yaradılması nəzərdə tutulur.

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR