May ayında Türkiyədə 78 terrorçu zərərsizləşdirilib

04.06.2020 16:54

Türkiyədə ölkədaxili sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində may ayı ərzində aparılan əməliyyatlar zamanı 78 terrorçu zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Zərərsizləşdirilən terrorçulardan 12-sinin axtarışda olduğu bildirilib. Yaz-yay əməliyyatları çərçivəsində aprelin 15-dən indiyədək terrorçulara məxsus 403 sığınacaq məhv edilib. Bundan əlavə, 2020-ci ildə Türkiyədə narkotik maddələrin dövriyyəsinə qarşı 55 min 475 əməliyyat kecirilib. Bu əməliyyatlar zamanı 8073 nəfər həbs edilib.

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR