Donald Trampa SOYUQ DUŞ: haqqında araşdırma başladı

04.06.2020 11:01

ABŞ Prezidenti Donald Trampın paytaxt Vaşinqtona əsgər, hətta Milli Qvardiya göndərmək səlahiyyəti araşdırılır.

Bu barədə Vaşinqtonun bələdiyyə sədri Muriel Bovser danışıb.

Bələdiyyə sədri bölgənin baş prokuroru ilə birlikdə Donald Trampın digər ştatlardan əsgər tələb etmək və onları Vaşinqtonda yerləşdirmək səlahiyyətinin olub-olmadığını müzakirə etdiklərini bildirib: "Mənim digər ştatlardan hüquq-mühafizə əməkdaşlarını tələb etmək səlahiyyətim var. Amma mən bunu tələb etməmişəm. Hazırda prezidentin Vaşinqtona əsgər, Milli Qvardiya göndərmə səlahiyyəti və bunun üçün başqa qanuni addımların atılmasının lazım olub-olmadığı haqqında hər cür hüquqi məsələni analiz edirik”.

Qeyd edək ki, Donald Tramp küçə iğtişaşlarının səngiməməsi təqdirində, paytaxta ordu yeridərəcəyini açıqlamışdı./publika.az

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR