Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

“Gizli daşıyıcılar” koronanın ikinci dalğasını başlada bilər

04.06.2020 09:41

Lüksemburq əhalisi arasında COVİD-19 xəstəliyinin yayılmasının və dinamikasının qiymətləndirilməsinə yönəlmiş milli araşdırma layihəsinin (CON-VINCE) tədqiqatçıları ölkədə epidemiyanın 2-ci dalğasından yayınmaq məqsədilə əhali arasında test aparıblar.

Yeni testin iştirakçıları əsasən CON-VINCE-nin aprelin ortalarından mayın 2-dək apardığı ilk testə iştirak edənlərdir.

Tədqiqatların nəticəsində məlum olub ki, 402 nəfər epidemiyaya yoluxsa da, heç bir əlamət və ya səhhətləri ilə bağlı narahatlıq hiss etməyiblər. Asimptomatik olan bu insanlarda aparılan seroloji testlərin nəticəsində qanlarında antikorlar aşkarlanıb.

Tədqiqatçılar bildiriblər ki, virusa qarşı antikorların artması heç də koronavirusa qarşı qəti immunitet yarandığını göstərmir. Ancaq "gizli daşıyıcılar” adlanan insanların mövcudluğu infeksiyanın yeni dalğasının başlanmasına potensial mənbə ola bilərlər./publika.az

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

07.07.2020 09:35

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR