Döyüşlər şiddətləndi - Hərbçilər aeroportu ələ keçirdi

04.06.2020 09:28

Liviyada hökumət qüvvələri paytaxt Tripoli ətrafında uğurlu əməliyyat həyata keçirib.

Demirören xəbər agentliyi xəbər verir ki, Liviya ordusu Haftarın rəhbərlik etdiyi qüvvələrin nəzarətində olan Tripoli beynəlxalq hava limanını tutub. Ordununb polkovniki Məhəmməd Qanunu deyib ki, Haftarın nəzarətindəki birəşmələr qaçmağa məcbur olub və onların təqibi davam etdirilir.

Qeyd edək ki, aeroport uğrunda əməliyyat bir neçə gün əvvəl başlamışdı./publika.az

© xezerxeber.az


168 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR