Bu ölkədə koronovirusdan 20 jurnalist ölüb

03.06.2020 17:35

Peruda iki ay ərzində COVID-19 pandemiyası ilə bağlı vəziyyəti işıqlandıran 20 jurnalist bu virusa yoluxma səbəbindən həyatını itirib.

Onlardan 10 nəfəri əsasən Amazonkanın Loretto Departamentinin paytaxtı İkitosedə işləyərkən koronavirusa yoluxub. Milli jurnalist cəmiyyətinin katibi Juliana Laynesin sözlərinə görə, fövqəladə vəziyyət rejiminin ilk həftələrində jurnalistləri xüsusi qoruyucu paltarlarla təmin etmək mümkün olmayıb.

Qeyd edək ki, Peru koronavirusa yoluxanların sayına görə Cənubi Amerikada Braziliyadan sonra ikinci yerdədir. Ölkədə bu günədək 174 min 884 nəfər koronavirusa yoluxub, 4767 nəfər isə həyatını itirib. (AZƏRTAC)

© xezerxeber.az


214 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR