Corc Buş: “Mən və həyat yoldaşım əzab çəkirik”

03.06.2020 13:16

ABŞ-ın keçmiş prezidenti Corc Buş afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsibarədə açıqlama verib.

Bununla bağlı "HaberGlobal” məlumat yayıb.

"Laura (həyat yoldaşı – red.) və mən Corc Floydun amansızlıqla boğulmasına görə əzab çəkirik. Ölkəmizi boğan ədalətsizlik və qorxudan narahatıq. İndi dərs vermək deyil, dinləmək zamanıdır”, - deyəC.Buş bildirib.

Keçmiş prezident ölkədəki faciəvi uğursuzluqların mühakimə edilməsinin vaxtının çatdığını vurğulayıb.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR