ABŞ 300-dən çox iğtişaşçı SAXLANILDI

03.06.2020 09:36

ABŞ-da Afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində ölümünə etiraz olaraq Vaşinqtonda keçirilən aksiyada 300-dən çox iğtişaşçı saxlanılıb.

Bunu paytaxtın Polis İdarəsinin rəisi Peter Nyuşem deyib.

O, həbslərə səbəb kimi iğtişaşçıların komendant saatı qaydalarını pozmasını və qarətləri göstərib.

Polis rəisi əlavə edib ki, etiraz aksiyalarının yatırılması zamanı iki polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, ABŞ-ın bir çox ştatlarında 4 gündür etiraz aksiyaları davam edir. Hadisə ilə bağlı artıq 4 polis işdən çıxarılıb, onlardan biri saxlanılıb.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR