Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları qəzaya düşüb, ölən var

02.06.2020 16:26

Ermənistanın Tavuş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Müdafiə Nazirliyinin bir əməkdaşı ölüb, biri yaralanıb.

Xezerxeber.az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hadisə iyunun 2-də günorta saatlarında qeydə alınıb. Belə ki, UAZ markalı avtomobil naməlum səbəbdən ağaca çarpılıb.

Qəzaya düşənlər Ermənistan Müdafiə Nazirliyinin balansında olan "Dağlıq Ermənistan” istirahət evinin əməkdaşlarıdır.

© xezerxeber.az

FOTOQALERIYA






132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR