Türkiyə Rusiyadan 1 mlrd. dollarlıq silah-sursat sifariş edib

02.06.2020 14:38

"Türkiyə ilə ixrac müdafiə sifarişlərinin portfeli 1 milyard dollar dəyərində qiymətləndirilir”.

Bunu Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev deyib.

"Bu gün qeyd edə bilərik ki, Türkiyənin Rusiyadan sifariş verdiyi hərbi texnikanın dəyəri 1 milyard dollara yaxındır”, - deyə D. Şuqayev vurğulayıb.

Qeyd edək ki, indiyə kimi Rusiya ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlıq sahəsində imzalanan müqavilələrin dəyəri rəsmi açıqlanmayıb.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR