ABŞ-da federal həbsxanalar bağlandı - 25 ildə ilk dəfə

02.06.2020 13:47

ABŞ-da federal həbsxanalar iğtişaşlar səbəbiylə 25 ildə ilk dəfə bağlandı.

Məlumatı Government Executive nəşri yayıb.

Mənbə bildirir ki, bu qərar Corc Floydun ölümü ətrafındakı iğtişaşlar sakitləşənə qədər təhlükəsizliyi təmin etmək üçün qəbul edilib.

"Həbsxanalar Federal Bürosu ölkə daxilində davam edən iğtişaşlar səbəbiylə saat 16: 00-dan etibarən milli kilid tətbiq etdi” dedi.

Büro təxminən 165,5 min məhkumun olduğu və təxminən 37 min adamın çalışdığı 122 qurumdan ibarətdir.

Ötən həftə ABŞ-ın 70-dən çox şəhərində afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra etiraz və iğtişaşlar dalğası başladı.

Sosial şəbəkədə polisin Floydu ələ keçirdiyini, döydüyünü və dizi ilə onun boynuna basdığını göstərən videolar ortaya çıxdı. Videoda Floyd bir neçə dəfə nəfəs ala bilmədiyini söyləyib. O, reanimasiyada ölüb.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR