Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Zaxarovadan ABŞ-a sərt sözlər

02.06.2020 11:41

Artıq may ayının sonundan ABŞ bu planetdəki insan hüquqları ilə bağlı hər hansısa bir məsələyə şərh vermək hüququnu itirdi. Onlar bu andan etibarən bu hüquqa sahib deyillər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Rusiya 1” telekanalında yayımlanan "60 dəqiqə” proqramında deyib.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Syuzan Rays ABŞ-dakı etiraz və zorakılıqların arxasında Rusiyanın dayana biləcəyini söyləyib. O qeyd edib ki, heç bir sübut təqdim etmədən belə öz təcrübəsinə əsaslanaraq bunu deyir.

Buna cavab olaraq Zaxarova ABŞ ittihamlarını informasiya manipulyasiyasının çirkli metodu adlandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə ittihamları Vaşinqtonun rəsmi nöqteyi-nəzərini əks etdirməyən səhv kimi qiymətləndirib. Federasiya Şurası bütün ittihamları təkcə Rusiyaya deyil, həm də ABŞ xalqına və Corc Floydun xatirəsinə birbaşa təhqir hesab edib.

Qeyd edək ki, ABŞ-dakı iğtişaşlar Minneapolisdə və bir sıra digər şəhərlərdə davam edir. Aksiyalar ağdərili polisin afroamerikalı Corc Floydu öldürməsi videosu yayıldıqdan sonra başlayıb.

© xezerxeber.az

FOTOQALERIYA






113 dəfə oxunub

XƏBƏRLƏR

06.07.2020 09:38

Qazaxda kombayn yanıb

ÇOX OXUNANLAR