Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermə iyulun 1-də keçiriləcək

01.06.2020 21:54

Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermə iyulun 1-də keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya düzəlişlərlə əlaqədar ümumxalq səsverməsinin iyulun 1-də keçirilməsini təklif edib. Ölkə başçısı Mərkəzi Seçki Komissiyasına, Rusiya İstehlakçıların Hüquqlarına və İnsan Rifahına Nəzarət üzrə Federal Agentliyə, həmçinin regionların rəhbərlərinə seçki sahələrində tam təhlükəsizliyi təmin etmək barədə tapşırıq verib.

Xatırladaq ki, Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə əvvəlcə aprelin 22-nə təyin edilmişdi. Lakin koronavirus pandemiyası səbəbindən proses təxirə salındı.

© xezerxeber.az


244 dəfə oxunub

XƏBƏRLƏR

06.07.2020 09:38

Qazaxda kombayn yanıb

ÇOX OXUNANLAR