Gürcüstanda koronavirusa yoluxanların sayı 783 nəfərə çatıb

31.05.2020 13:53

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 26 yoluxma halı qeydə alınıb.

Bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya məlumat verib. Bununla da qonşu ölkədə virusa yoluxanların sayı 783 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 3031 nəfər karantində saxlanılır, 262 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 605 nəfər sağalıb, 12 nəfər isə dünyasını dəyişib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR