Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

31.05.2020 11:33

Özbəkistanda COVID-19 koronavirusu ilə bağlı karantin rejimi iyunun 15-dək uzadılıb.

Xezerxeber.az xəbər verir ki, bu haqda koronavirusla bağlı Operativ Qərargah məlumat yayıb.

Ölkə Səhiyyə Nazirliyinin mətbuat xidməti isə bildirir ki, COVID-19 koronavirusuna yoluxanların sayı 3554 nəfərə çatıb.

Qeyd olunur ki, indiyədək 2783 xəstə sağalıb, 757 pasiyent müalicədədir,14 nəfər ölüb, 9 xəstənin vəziyyəti ağır olaraq qalır.

Yaşıl regionlara aid olan vilayət və rayonlarda sanitariya qaydalarına əməl olunmaqla və məsafə saxlamaqla toy və digər ailə şənliklərinin keçirilməsinə icazə verilib. Bununla belə şənliklərə ən yaxın qohumlar çağırılmalı, qonaqların sayı 30 nəfərdən artıq olmamalıdır.

Ölkədə respublika üzrə futbol yarışlarının keçirilməsinə də icazə verilib, ancaq matçlara tamaşaçı buraxılmayacaq və televiziya kanalları ilə onlayn nümayiş etdiriləcək.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR