ABŞ-da afroamerikalı öldürüldüyünə görə ixtisaslar başlayıb

30.05.2020 17:05

Cümə günü ABŞ-ın bir neçə şəhərində, o cümlədən Minneapolis, Sent-Pole, Atlanta, San-Xose, Hyustonda və paytaxt Vaşinqtonda etiraz aksiyaları keçirilib.

Nümayişlərə səbəb Minneapolisdə həbs edilmiş afroamerikalı Coprc Floydun zorakılıqla öldürülməsi olub. Polislər Floydu yerə yıxaraq qandallayıb və sonra da polislərdən biri onun üstündə oturaraq dizi ilə boynundan basıb. Bu zaman yoldan keçənlər hadisəni kameraya çəkiblər. Videogörüntülərdən Floydun əvvəlcə dəfələrlə nəfəs ala bilmədiyini söyləməsi və bir az keçməmiş onun huşunu itirməsi bəlli olub. Minneapolis polisi Floydun bundan sonra xəstəxanaya yerləşdirildiyini bildirib. Lakin o elə həmin gün xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Minneapolis şəhərində başlayan etiraz aksiyaları tezliklə polislə qarşıdurmaları, soyğunçuluq və əmlakın yandırılması ilə müşayiət olunub. Üç gün ərzində iğtişaşlarda iki yüzə yaxın bina talan edilib və yandırılıb. Cümə günü Minnesota ştatının qubernatoru Tim Uols Minneapolis və Sent-Pol şəhərlərində komendant saatı tətbiq edərək milli qvardiya dəstələrini həmin bölgəyə göndərib. Hadisə ilə bağlı Nyu-Yorkda baş verən ixtisaslarda polis işçilərinə butulkalar atılıb. Şəhər sakinlərinə müraciət edən Nyu-York meri Bill de Blazio epidemiyanın hələ də davam etdirdiyini xatırladaraq onları dinc etirazlara çağırıb. Atlantda avtomobili yandıran nümayişçilər bir neçə pəncərə qırıblar. Vaşinqtonda etirazçıların Ağ Evə yaxınlaşmağa cəhd göstərməsinə baxmayaraq, əraziyə girişin dərhal bağlanması buna mane olub. Nümayişçilər aksiyanı Konqresin binası qarşısında davam etdiriblər.

Minneapolis şəhərində iğtişaşların başlanmasından üç gün sonra, dizi ilə Floydunu boynundan sıxaraq öldürən 44 yaşlı ağ dərili zabit Derek Şovin nəhayət həbs olunub. Ona qarşı üçüncü dərəcəli qətl və qərəzsiz qətl ittihamları irəli sürülüb.

© xezerxeber.az


159 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR