İki ailə arasında baş verən münaqişə 5 nəfərin ölümünə səbəb oldu

30.05.2020 16:25

Türkiyənin Ərzurum vilayətinin Çat rayonunun Köseler kəndində iki ailə arasında baş verən münaqişə beş nəfərin ölümünə, dörd nəfərin xəsarət almasına səbəb olub.

Xezerxeber.az xəbər verir ki, münaqişə torpaq bölgüsü üstündə yaranıb. Qarşıdurmanın daha da böyüməməsi üçün əraziyə polis əməkdaşları cəlb olunub. Hadisə ilə əlaqədar iki nəfərin axtarışları davam etdirilir.

© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR