Bu ölkədə işsizlik artır

29.05.2020 13:21

Braziliyada COVID-19 pandemiyasının təsiri səbəbindən işsizlik səviyyəsi 11,2 faizdən 12,6 faizədək yüksəlib.

AZƏRTAC Braziliyanın coğrafiya və statistika institutuna (IBGE) istinadla xəbər verir ki, bu göstərici pandemiyanın ölkənin əmək bazarına təsirini əks etdirir. Məlumatda, həmçinin məşğul əhalinin sayının 5,2 faiz azalması səbəbindən 4,9 milyon iş yerinin itirildiyi qeyd olunur.

Analitiklər koronavirusun iqtisadi nəticələrinin ilin ikinci rübündə daha güclü hiss ediləcəyini bildirirlər.

Bəzi təşkilatlar iqtisadi böhranın təsirinin daha yüksək olacağını proqnozlaşdırsa da, bu il Braziliya hökuməti ÜDM həcminin 4,7 faiz azalacağını gözləyir.

Hazırda Braziliyada 414 min 661 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, 25 min 697 nəfər isə həyatını itirib.

© xezerxeber.az


130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR