Türkiyə XİN: Bu qərarın rədd edilməsini məmnunluqla qarşılayırıq

27.05.2020 17:53

Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Kemal Arıkan 1982-ci il yanvarın 28-də erməni terrorçular Hampig Sasunyan və Krikor Saliba tərəfindən qətlə yetirilib. Terrorçu Hampig Sasunyan tutulub və ömürlük həbsə məhkum edilib, digər terrorçu Krikor Salibanın isə elə həmin il Livandakı vətəndaş müharibəsində iştirak edərək öldürüldüyü iddia olunur.

XəzərXəbər xəbər verir ki, bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yayılan açıqlamada yer alıb.

Bildirilir ki, erməni terrorçu Hampig Sasunyan azadlığa çıxmaq üçün ötən il yenidən təkrar olaraq ABŞ məhkəməsinə müraciət edib və onun əsassız iddiası müsbət qarşılanmışdı. Türkiyə tərəfi bu qərarın icra olunmaması üçün aidiyyəti qaydada ABŞ tərəfinə müraciət edib. Nəticədə Kaliforniya Qubernatorluğunun 2020-ci il 26 may tarixli qərarı əsasında terrorçunun şərti azadlığa buraxılması ilə bağlı məlum qərar rədd edilib.

Diqqətə çatdırılır ki, erməni Hampig Sasunyan törətdiyi terror aktını amansız şəkildə həyata keçirib və məhkum olduğu illərdə cinayətindən peşmanlıq keçirdiyini ifadə etməyib. Bu hadisə xəstə təfəkkürün, saxta ideologiyanın yaratdığı qorxulu bir cinayət olaraq unudulmayacaqdır. Dünyadakı nifrət ifadəsinin və düşmənçilik radikallığının son nöqtəsi olan terrorun cəzasız qalmayacağını bir daha göstərən bu qərarı məmnunluqla qarşılayırıq.

© xezerxeber.az


227 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR