Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı

26.05.2020 11:40

2020-ci ildə baş verəcək ilk Günəş tutulmasının vaxtı açıqlanıb.

XəzərXəbər-in məlumatına görə, ilin ilk Günəş tutulması iyunun 21-dəbaş verəcək.

Bu da yay günəşduruşu gününə təsadüf edəcək.

Sözügedən təbiət hadisəsi həlqəvari Günəş tutulmasıdır. Tutulma saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu 10:41-də olacaq. Təbiət hadisəsi beşsaat 48 dəqiqə davam edəcək.

Günəş tutulması Afrika, Cənub-şərqi Avropa və Asiyada müşahidə ediləcək. Həlqəvari fazanı isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsindən, Cənubi Pakistan, Şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq.

Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında Günəş ətrafında xarakterik yanar həlqə görəcəklər.

Azərbaycan ərazisində isə Günəş tutulması qismənmüşahidə olunacaq. Tutulma Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-də sona çatacaq və proses 2 saat 18 dəqiqə davam edəcək.

İlin ikinci analoji hadisəsi isə 14 dekabrda baş verəcək. Bu, tam Günəş tutulması olacaq.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR