Restoran və kafelər açılır: Sahibləri narazılıq edir

26.05.2020 10:35

Yunanıstanda koronavirusa yoluxanların və ölü sayının azalması ilə tətbiq olunan məhdudiyyətlər mərhələli olaraq yumşaldılır.

XəzərXəbər Cebhe.info-ya istinadən xəbər verir ki, gözəllik salonları, ayaqqabı, mebel fabrikləri, kosmetika və ikinci əl əşya satan mağazaların açılmasından sonra təxminən 2 ay bağlı qalan kafe və restoranlar da bu gündən xidmət verməyə başlayıb.

Xüsusi şərtlərlə fəaliyyətə başlayan bu obyektlərdə işləyənlərə maska taxmaq məcburidir. Sahibləri isə masalar arası məsafə saxlanılmasından şikayət edərək gəlirlərinin azalacağını bildiriblər.

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR