İngiltərədə qeyri ərzaq dükanları açılır

26.05.2020 09:35

Britaniyada qeyri qida məhsullarının satış mərkəzləri iyun ayının 15-dən fəaliyyətlərini bərpa edə bilər.

Bu barədə ölkənin baş naziri Boris Conson brifinq deyib.

Qeyri qida məhsullarının satış mərkəzləri 23 martda koronavirus pandemiyası səbəbindən tədbiq edilən karantinin yumşaldılmasının ikinci etapında nəzərdə tutulan tədbirlərdəndir.

Baş nazir, həmçinin 1 iyun tarixindən ibtidai məktəblərin hazırlıq, birinci və son (altıncı) siniflərindən olan uşaqların təhsilə qayıdacaqlarını təsdiqlədi./publika.az

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR