ÜTT-nin yeni direktoru ispaniyalı diplomat ola bilər

24.05.2020 17:25

Avropa İttifaqı İspaniyanın xarici işlər naziri Arançi Gonsalez Layanın Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru vəzifəsinə namizədliyini dəstəkləyəcək.

Bu barədə "Bloomberg” Almaniyanın "WirtschaftsWoche” jurnalına istinadən məlumat yayıb.

Brüsseldəki avropalı rəsmilərinin fikrincə, ABŞ-ın Avropa Komissiyasının keçmiş ticarət komisarı Sesil Malmströmun namizədliyinə dəstək verməməsi, onun ÜTT-nin baş direktoru vəzifəsinə namizəd kimi göstərilməyəcəyi deməkdir.

İspaniya hökuməti və Xarici İşlər Nazirliyi məlumatı hələ şərh etməyib.

Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Roberto Azevedonun səlahiyyət müddəti gələn il başa çatsa da, bu ilin 31 avqust tarixində vəzifəsindən gedəcək.

© xezerxeber.az


212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR