Ərdoğan və Ruhani hava sərhədlərinin açılmasını müzakirə edib

24.05.2020 16:08

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani koronavirus pandemiyası şəraitində tibbi göstərişlərə riayət olunmaqla hava sərhədinin açılması məsələsini müzakirə ediblər.

Bu barədə İran Prezidentinin saytı məlumat yayıb.

Prezidentlər ticarətin yenidən başlanmasını da müzakirə ediblər. R. T. Ərdoğan bununla əlaqədar müvafiq təlimatların hazırlandığını nəzərə çatdırıb. Türkiyə və İran prezidentləri koronavirusla mübarizə sahəsində təcrübə mübadiləsini də vacib sayıblar.

© xezerxeber.az


228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR