İran bütün müqəddəs məkanları açır

23.05.2020 17:15

İran Prezidenti Həsən Ruhani ölkədəki bütün muzeyləri, eləcə də şiələr üçün müqəddəs olan əsas məkanları açmaq niyyətindədir.

Bu barədə məlumat İran Prezidentinin rəsmi saytında yayılıb.

"Müqəddəs məkanlar Ramazan bayramından sonra açılacaq. Məscidlərin açılması və ticarət məkanlarının fəaliyyətinə məhdudiyyətin aradan qaldırılmasına gəlincə, buna cari həftə ərzində baxılacaq və 30 mayda qərar qəbul ediləcək”, – deyə məlumatda bildirilib.

© xezerxeber.az


149 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR