Yaxınlaşan ikinci koronavirus dalğasının gücü qiymətləndirildi

23.05.2020 10:48

Koronavirusun ikinci dalğası birincidən daha zəif olacaq.

Bunu Rusiya Səhiyyə Nazirliyinin baş yoluxucu xəstəliklər üzrə mütəxəssisi Yelena Malinnikova "Parlamentskaya qazeta”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, epidemiyadan sonra əksər insanlar infeksiyaya qarşı immunitet əldə edəcəklər:

"Epidemiya qanunauyğunluğuna əsasən, virus özü zəifləyir, əhalinin əksəriyyətində immunitet yaranır”.

Səhiyyə Nazirliyinin mütəxəssisi koronavirusa qarşı antikorların təyin olunmasının ikinci dalğaya hazırlıq prosesində çox vacib olduğunu hesab edir.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR