Türkiyənin Adana, Diyarbəkir, Mardin, Trabzon, Ordu, Dənizli, Qəhrəmanmaraş, Şanlıurfa ve Tekirdağ olmaqla daha doqquz şəhərində giriş-çıxış qadağası ləğv edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Nazirlər Kabinetinin növbəti toplantısından sonra ictimaiyyətə açıqlamasında məlumat verib.
Məlumata əsasən, COVID-19 pandemiyası ilə əlaqədar 24 şəhərdə tətbiq olunan giriş-çıxış qadağası artıq 15 şəhəri əhatə edir.
Bundan əlavə, ölkənin 412 yaşayış ərazisindən 300-də karantin tətbiqi dayandırılır.