Fransanın təyyarədaşıyan gəmisində 50 nəfər koronavirusa yoluxub

10.04.2020 16:25

"Şarl-de-Qoll” təyyarədaşıyan gəmisinin bortunda yeni növ koronavirus aşkarlanıb.

Xezerxeber.az-ın "RİA Novsoti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Müdafiə Nazirliyi bildirib.

Gəminin heyətində olan şəxslərdən 40 nəfərində COVİD-19 olması şübhəsi yarandığı üçün ora tibbi briqada göndərilib. Ümumilikdə 66 nəfər testdən keçirildikdən sonra 50 nəfərdə koronavirus aşkarlanıb.

Xəstələr Lissabona, ordan isə Tulon şəhərindəki xəstəxanaya aparılıblar.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR