Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Danimarkada COVID-19 virusuna yoluxanların real sayı 400 min nəfərə çata bilər

10.04.2020 14:32

Danimarkanın yoluxucu xəstəliklər agentliyinin hesablamalarına görə, Krallıqda COVID-19 xəstəliyinə yoluxanların real sayı rəsmi məlumatda göstərilən 5000 nəfərdən 30-80 dəfə çoxdur. Ölkədə artıq 400 minə yaxın yoluxmuş insan ola bilər.

Bu rəqəmlər aprelin 1-dən 3-dək 1000 nəfər qan donorundan alınan analizlərin təhlili yolu ilə əldə edilib. Analizin nəticələri donorların 3,5 faizinin yeni tip koronavirusa yoluxduğunu göstərib. Alimlərin hesablamalarına görə, bu öz növbəsində onu göstərir ki, martın 26-da Danimarkada artıq 65 min nəfər koronavirus infeksiyasına yoluxub. Ümumilikdə isə bu günə qədər COVID-19-a yoluxanların sayı 400 min nəfərə çata bilər.

Ölkədəki donor qanlarının analizlərinə əsaslanan məlumatlar Danimarka Səhiyyə İdarəsi tərəfindən nəşr olunan COVID-19 haqqında hesabata daxil edilib.

Yoluxucu xəstəliklər Agentliyinin başçısı Kare Mubekin sözlərinə görə, Danimarkada virusla bağlı vəziyyət əvvəlkindən daha mürəkkəbdir. "Donorların qanlarının aparılan tədqiqatlarında siz özünüz də görə bilərsiniz ki, bu xəstəliyə statistikada gördüyümüzdən bəlkə də 70 dəfə çox insan düçar olub” - deyə o bildirib.

© xezerxeber.az


102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR