Ukraynada son sutkada 311 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

10.04.2020 11:50

Ukraynada son sutkada 311 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə koronavirusa tutulanların sayı 2203 nəfərə çatıb ki, onların 150-yə yaxını uşaqdır. Ən çox yoluxma halı Kiyevdə qeydə alınıb.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, son sutkada 12 nəfər ölüb. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 69 nəfərə çatıb. Koronavirusdan ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 61 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.

Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR