Tramp kəşfiyyatın Uhanda koronavirusun yayılması ilə bağlı xəbərdarlığını saxta adlandırıb

10.04.2020 11:21

ABŞ Prezidenti Donald Tramp ötən ilin noyabrında kəşfiyyatın Çinin Uhan şəhərində koronavirusun yayılması barədə xəbərdarlığını saxta adlandırıb.

Bu barədə ABŞ Prezidenti "Twitter”də bildirib.

O vurğulayıb ki, ABC telekanalı məsələ ilə bağlı yalan xəbər yayıb.

"Onlar bu yalan xəbəri yazanda səhv etdiklərini bilirdilər”, - deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, ABC telekanalı Amerika kəşfiyyatının hələ 2019-cu ilin noyabr ayında ABŞ hakimiyyətini Uhanda koronavirusun yayılması ilə bağlı xəbərdar etdikləri haqda məlumat yayıb.

Xatırladaq ki, son məlumatlara görə, ABŞ-da yeni tip koronavirusa yoluxanların sayı 465 min nəfərdir, onlardan 16672 nəfəri vəfat edib, 25 min nəfər isə sağalıb.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR