İranda koronavirus orduya da sıçradı - 54 əsgər yoluxdu

07.04.2020 18:26

İran Silahlı Qüvvələrinin 54 əsgəri yeni tip koronavirusa yoluxub.

Bu barədə "Mehr” agentliyi məlumat yayıb.

Baş Qərargahın Kadrlar şöbəsinin müdiri Nahuda Rəhmanipur əsgərlərdən çoxunun artıq sağaldığını açıqlayıb. Onun sözlərinə görə, orduda koronavirus qaynaqlı ölüm qeydə alınmayıb.

Son rəqəmlərə görə, İranda 3 min 872 nəfər infeksiyadan dünyasını dəyişib. Ümumilikdə, 62 min 589 nəfərdə virus aşkarlanıb./publika.az

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR