Gürcüstanda koronavirusa yoluxanların sayı 115 nəfərə çatıb

01.04.2020 10:54

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 115-ə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə 5105 nəfər karantində saxlanılır, stasionar müalicə alan xəstələrin sayı isə 294-dür. Virusa yoluxmuş şəxslərdən 22-si artıq sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR