Türkiyədə koronavirusdan ölənlərin sayı artır

01.04.2020 09:36

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı artmaqda davam edir. Martın 31-də daha 46 nəfər dünyasını dəyişib.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. O bildirib ki, ölkədə ölənlərin ümumi sayı 214 nəfərə çatıb.

Martın 31-də, ümumilikdə, 15 min 422 nəfər müayinə olunub. Onlardan 2704-də infeksiya aşkarlanıb.

Beləliklə, ölkə üzrə bu virusa yoluxanların sayı 13 min 531-ə çatıb. İndiyədək 243 nəfərin müalicəsi uğurla başa çatıb.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR