Tacikistan parlamentinin yuxarı palatası olan Məclisi-Milliyə seçkilərin nəticələri elan edilib

28.03.2020 15:12

acikistan parlamentinin yuxarı palatası - Məclisi-Milliyə (Senat) keçirilən seçkilərin nəticələri elan edilib.

Tacikistan Mərkəzi Seçki Komissiyasında keçirilən iclasda seçkilərin baş tutduğu və Senata 25 deputatın seçildiyi bildirilib.

Sonra Dağ Bədəxşan Muxtar Vilayəti, həmçinin Soğd, Xatlon vilayətləri, Düşənbə şəhəri üzrə seçilən senatorların adları elan olunub. Senator seçilənlərin arasında Düşənbə şəhərinin sədri, Tacikistan Prezidenti Emomali Rahmonun oğlu Rustam Emomali də var.

Məclisi-Millidə senator yeri var. Həmin senatorların 25-i vilayət və şəhər məclislərinin iclaslarında gizli səsvermə yolu ilə seçilir, 8 nəfəri isə Prezident təyin edir.

Martın 1-də isə Tacikistan parlamentinin aşağı palatası - Məclisi-Aliyə seçkilər keçirilib. Məclisi-Ali 63 deputatdan formalaşdırılır.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR