İraqlı din xadimi və fundamentalist Norveçdən İtaliyaya ekstradisiya olunub

28.03.2020 09:41

İraqlı din xadimi və fundamentalist Molla Krekar (əsl adı Nəcməddin Fərəc Əhməd) koronavirusla bağlı narahatlıqlara baxmayaraq, Norveçdən İtaliyaya ekstradisiya olunub.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, artıq mövcud olmayan terror təşkilatı "Ansar al-İslamın" yaradıcısı Molla Krekar İraq, İtaliya və ABŞ da daxil olmaqla bir çox ölkədə terrorçu kimi tanınıb.

2019-cu ilin iyul ayında İtaliya məhkəməsi İŞİD terror qruplaşması ilə əlaqəsi olan və Avropa ölkələrində terror hücumları planlaşdırması güman edilən "Rawti Shax" şəbəkəsini idarə etdiyinə görə Molla Krekarı 12 il həbs cəzasına məhkum edib. Bundan sonra, İtaliya məhkəmə orqanları Molla Krekarın yaşadığı Norveçdən ekstradisiyasına nail olmaq üçün davamlı iş aparıb.

Öz növbəsində, Molla Krekarın vəkilləri onun ekstradisiyasının, o cümlədən koronavirus pandemiyası və onun səhhətinin pis olması ilə bağlı qeyri-mümkün olduğunu qeyd edirdilər. Lakin uzun sürən danışıqlardan sonra Molla Krekar İtaliyaya təhvil verilib.

Qeyd edək ki, 63 yaşlı iraqlı fundamentalist 1991-ci ildə Norveçə qaçqın kimi köçüb. Krekar həyat yoldaşı və dörd övladından fərqli olaraq Norveç vətəndaşlığını almayıb.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR