Türkiyədə bütün xarici aviareyslər dayandırılır

28.03.2020 08:59

Türkiyədə koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində bütün xarici aviareyslərin dayandırılması ilə bağlı qərar qəbul edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edilib ki, sabahdan etibarən ölkə daxilində şəhərlərarası səyahət yalnız valilik icazəsi ilə həyata keçiriləcək. Əsgərlər çağırış və tərxisdən əvvəl 14 gunlük karantin müddətinə alınırlar. Ölkənin bütün şəhərlərində pandemiya mərkəzləri fəaliyyətə başlayıb.

Türkiyə Prezidenti bu qərarların daha da sərtləşdirilməməsi üçün hər bir vətəndaşın bir müddət özünütəcrid şəraitində yaşamasının vacibliyini vurğulayıb.

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR