Fransa 16 yaşlı qız koronavirusdan ölüb

27.03.2020 16:34

Fransada 16 yaşlı qız koronavirusdan (COVID-19) ölüb.

"L’Express” xəbər verir ki, Fransa vətəndaşı olan qızda ötən həftə az öskürək müşahidə olunub. Daha sonra onun vəziyyəti pisləşib, öskürəyi artıb, boğulmalar başlayıb, nəticədə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada ona koronavirus diaqnozu qoyulub, bir neçə gün sonra isə infeksiyanın yaratdığı nəfəs problemindən vəfat edib. O, Avropada koronavirusun ən gənc qurbanı olub. (APA)

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR