Misir polisi binanın həyətində ilan əti qızardan çinliləri həbs edib

27.03.2020 14:19

Qahirədə bir yaşayış binasının həyətində ilan ətindən yemək bişirən 5 nəfər Çin vətəndaşı sakinlərin şikayəti əsasında həbs edilib. Prokurorluq ölkənin yeni inzibati paytaxtında yaşayan çinlilərin həbsinə xəstəlik yaymaq ehtimalı əsasında sanksiya verib.

Əl-Ahram qəzetinin xəbərində Misir sakinlərinin manqala düzülmüş ilanlardan dəhşətə gəldikləri və polisə ərizə ilə müraciət etdikləri bildirilir. Qahirə Baytarlıq İdarəsinin direktoru Seyid Obeyd bildirib ki, mütəxəssislər Çin vətəndaşlarının yedikləri bu ilanların nə dərəcədə zərərli olduğunu araşdırırlar. Sosial şəbəkələrdə yayılan fotoşəkilə rəy yazanlar isə koronavirusun meydana gəlməsinin əsas səbəbinin bu cür qidalanma olduğunu qeyd ediblər. (AZƏRTAC)

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR